Natavandan məhkəməyə verdiyi Aygünə barışıq jesti: “Bir şərtim var”

1 Avqust 2016 11:01 (UTC+04:00)

Məlumata görə, "ATV maqazin onlarla" verilişinə açıqlama verən N.Həbibi xalq artistinə barışıq əlini uzadıb: "Bütün olanların bitməsini istəyirəm. İstəyirəm ki, hamı öz işi ilə məşğul olsun. Yaxşı münasibətin tərəfdarıyam. İstiyərdim ki, münasibətimi bərpa edim. Əgər bu barışıq səmimi olacaqsa, olsun. Bir insanla qarşılaşanda salam vermək olar. Amma indiki zəmanədə elə bir vəziyyət yaranır ki, deyirsən ki, birdən salam verərəm, salamımı almasalar necə olacaq? Bu nüanslara görə adam çəkinir. Deyəsən, mən böyümüşəm, mehribançılıq istəyirəm. Amma mənim bir şərtim var. Barışıq səmimi olmalıdır. Bu, sənət üçün yox, həqiqi bir barışıq olmalıdır. Bu olsun, hər şey yaxşı olacaq. Hamımız insanıq, səhvlərimiz ola bilər. Hər ikimiz Vaqif Gərayzadənin məktəbinin yetirməsiyik, bir-birimizi bəyənməyə bilmərik. Bu, həqiqətdir, bunu danmaq olmaz".

Qeyd edək ki, N.Həbibi ilə A.Kazımova arasında olan qalmaqal illər idi ki, davam edirdi. Tərəflər arasındakı qalmaqal "Nömrə 1" yarışında N.Həbibinin xalq artisti üzərində qalib gəlməsindən sonra daha da alovlanmışdı. Hətta N.Həbibi A.Kazımovanı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına görə, xalq artisti Natavan Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı və işlətdiyi təhqiramiz ifadələri təkzib etməli, ondan üzr istəməli idi. Məhkəmə qərarından sonra A.Kazımova dediklərini təkzib edərək, bunları yazmışdı: "Öz səhifəmdə Natavan Həbibinin erməni olduğunu qeyd etmişdim. Lakin uzun sürən məhkəmə araşdırmasından sonra məlum oldu ki, fikrim yanlışdır. Məhkəmənin qətnaməsini qəbul edərək Natəvan Həbibi barədə dediyimi təkzib edirəm".

Lent.az