Bakıda daha bir azyaşlı pəncərədən düşüb öldü

1 Avqust 2016 13:20 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb. Məlumata görə, azyaşlı Nuray Əfəndiyeva 5-ci mərtəbədə yerləşən mənzillərinin pəncərəsindən yıxılıb və hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.