Federasiyadan qalmaqala aydınlıq gətirildi - “Onun elə işlərlə arası yoxdur”

1 Avqust 2016 14:58 (UTC+04:00)

Bu məsələyə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova Aznews.az-a münasibət bildirib: "Bulent Karslıoğlu ilə federasiyanın işi müqavilə əsasında idi. Bir illik müqavilə bitdi və getdi. İndi o Türkiyədədir. Hələlik onunla federasiya arasında bir əlaqə yoxdur. Mən bildiyim qədər iki həmkar - F.Qarayevlə B.Karslıoğlu arasında heç bir problem, qalmaqal baş verməyib. Faiq müəllim özü də qalmaqal adamı deyil, onun heç kimlə problemi olmayıb, elə işlərlə arası yoxdur".

Federasiya rəsmisi yarışa hazırlaşan milli komandadan da danışıb: "Voleybol üzrə milli komandamız hazırda istirahətdədir. Xanım voleybolçularımız avqust ayının ortalarında tam heyətlə təlim-məşqlər üçün toplaşacaqlar. Millimiz sentyabrda baş tutacaq "Yeltsin kuboku" turnirində də iştirak edəcək. Həmin yarışa müxtəlif ölkələrdən milli komandalar qatılacaq. Bu turnir hər il Moskvada keçirilən, ənənəvi hal almış beynəlxalq yarışdır".

Aygün İlqarqızı