Tanınmış idmançılar: “Yazdıqlarını özlərindən başqa heç kim başa düşmür”

1 Avqust 2016 15:44 (UTC+04:00)

2 qat paralimpiya, 2 qat dünya və 6 qat Avropa çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev:



"Öncəliklə 4 yaşınızı təbrik edirəm. Sizə bol qələbə xəbərləri çatdırmağınızı arzu edirəm. Rioda keçirilən olimpiya və paralimpiya oyunlarından qələbə xəbərləri arzu edirəm. Sizin saytda peşəkarlar işləyir. İstədiyimiz məlumatları ala bilirik. Arzu edirəm ki, ancaq qalib idmançıları deyil, məğlub olanları da yaddan çıxarmayasınız, müsahibələr götürəsiniz. Çünki uduzanda həmin idmançılara da dəstək lazımdır".

Kikboks üzrə 22 qat dünya çempionu, əməkdar idman ustası, əməkdar məşqçi Eduard Məmmədov:



"İlk növbədə onu deyim ki, AzNews.az saytını çox bəyənirəm. Bu sayta tez-tez baxıram. AzNews.az-da istər idmandan, istər digər sahələrdən tez xəbər alırıq. Sizin saytda gedən xəbərlər çox rahat və sadə dildə yazılır ki, hər kəs üçün oxumaq rahat olur. Amma elə saytlar var ki, yazdıqlarını özlərindən başqa heç kim başa düşmür.

Sağ olun ki, idmançıları da diqqətdən kənar qoymursunuz. Uğurlarımızı işıqlandırırsınız. Məlumatı şəkillərlə daha da maraqlı edirsiniz. Arzu edirəm ki, saytınız həmişə yaxşı olsun, həmişə nömrə 1 olsun".

Karate üzrə 11 qat Avropa, 4 qat Dünya çempionu Rafael Ağayev:



"Nailiyyətləriniz bol olsun. Ürəyinizdəki arzularınız həyata keçsin. İşinizdə uğurlar arzulayıram. Düşünürəm ki, bundan sonra da bizi unutmayıb, işıqlandırasınız".

London Paralimpiya Oyunlarının qalibi cüdoçu Ramin İbrahimov:



"O gün olsun radionuz, TV kanalınız olsun. Biz idmançılar da gələk, efirdə xalqımızla qələbə sevincini bölüşək. 4 yox, 14 və daha çox yaşınızı qeyd edəsiniz. Uğurlarınız bol olsun".

Taekvondo üzrə 2 qat Avropa çempionu, İlk Avropa Oyunlarının gümüş medalçısı Fəridə Əzizova:



"4 yaşınız münasibətilə AzNews.az-ı təbrik edirəm. Daha çox yubileylər qeyd edəsiniz. İdmançıların daha çox qələbələrini işıqlandırasınız".

Olimpiya çempionu, güləşçi Namiq Abdullayev:



"Ad gününüzü təbrik edirəm. Həm idmançılarımızın qələbə xəbərlərini, həm də daha çox zəfərləri işıqlandırmanızı arzulayıram. Doğrudan da maraqlı xəbərlər yayırsınız. İşinizdə uğurlar arzu edirəm".

Olimpiya çempionu Elnur Məmmədli:



"4 yaşınız münasibətilə təbrik edirəm. Bol qələbə xəbərləri arzulayıram. Yubleyinizi qeyd edəsiniz. İdmançılarımızı da həmişə diqqətdə saxlayasınız".

Aygün İLQARQIZI