YAP referendumla bağlı təşəbbüs qrupunu elan etdi

1 Avqust 2016 16:48 (UTC+04:00)

YAP-dan AzNews.az-a verilən məlumata görə, yığıncaqda 3 952 ilkin təşəbbüsçünü təmsil edən 315 nümayəndə iştirak edib.

Konstitusiyaya əlavə və dəyişikliklərin ali məqsəd və məramı nəzərə alınaraq təşəbbüs qrupunun "Yeni Azərbaycan" adlandırılması qərara alınıb. Təşəbbüsçülərin yığıncağında Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təşəbbüs qrupunun 24 nəfər səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub, habelə yaradılan "Yeni Azərbaycan" təşəbbüs qrupunun qeydiyyatdan keçməsi məqsədilə Mərkəzi Seçki Komissiyasına bildiriş təqdim edilməsi haqqında qərar qəbul edilib.