Mərkəzi Bankın valyuta ehtiyatları bir az da azaldı

1 Avqust 2016 17:41 (UTC+04:00)

AMB-dən AzNews.az-a verilən məlumata görə, rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 mln. dollar və ya 2,82% azalıb.

Qeyd edək ki, 2016-cı il yanvarın 1-nə olan rəsmi valyuta ehtiyatlarının həcmi ilə müqayisədə azalma 853,8 mln. dollar və ya 17,02% təşkil edib. Keçən ilin analoji dövrünə nisbətən isə ehtiyatlar 4 338,6 mln. dollar və ya 51,03% azalıb.