Mahaçqalada ziyafət zalında partlayış - Yaralananların sayı 28-ə çatdı

1 Avqust 2016 21:46 (UTC+04:00)

Bundan əvvəl 23 nəfərin yaralandığı bildirilirdi.

Hazırda xəstəxanalarda 28 nəfər qalmaqdadır, onlardan 5-in vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, partlayış bu gün "Layli" banket zalında baş verib.

Apa.az

***
18:07

Mahaçqalada "Layli" ziyafət zalında partlayış baş verib.

Bu barədə Dağıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partlayış zamanı 23 nəfər xəsarət alıb. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Yaralılardan 5-inin vəziyyəti ağırdır.

Partlayış ziyafət zalının zirzəmisində baş verib, zərərçəkənlər isə mətbəxdə işləyən qadınlar olublar.

Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Report.az