Azərbaycanda məhkum öldü

1 Avqust 2016 18:28 (UTC+04:00)

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilərək azadlıqdan məhrum edilmiş, 1978-ci il təvəllüdlü Elşən Ramazan oğlu Əliyev saxlanıldığı müəssisədə vəfat edib. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

APA.az