Paytaxtda evləri qarət edənlər həbs olundu

1 Avqust 2016 19:09 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 nəfər Bakı şəhər sakininə məxsus evlərdən ayrı-ayrı vaxtlarda pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Ağcəbədi rayon sakini Elmir Məmmədov, Salyan rayon sakini Eyyub Məmmədov və Şəmkir rayon sakini İlqar Məmmədov tutulublar.