“4 ildə sizdən heç vaxt inciməmişəm” - Sənət adamları da təbriklərə qoşuldu

1 Avqust 2016 20:00 (UTC+04:00)

Həmin təbrikləri təqdim edirik:

Xalq artisti Fəxrəddin Manafov:



"AzNews.az-ın daimi oxucusuyam. Elə bir gün olmaz ki, mən bu saytdan cəmiyyətin müzakirəsində olan hər hansı məlumatı oxumayım. Ən obyektiv və qərəzsiz bir saytsınız. Həmişə informasiya məkanının önündə olasınız. İstərdim ki, vətənə lazım olan informasiyaları bayram edən xəbərlərlə gündəmdə olasınız".

Xalq artisti Nurəddin Mehdixanlı:



"AzNews.az bu gün kütləvi informasiya vasitələrinin arasında liderlik edir. Bu sayt ən çox oxunan və oxucu kütləsini özündə toplayan saytdır. Özümü AzNews.az-ın ailə üzvlərindən biri hesab edirəm. İş yerlərimiz ayrıdır, amma bütün fikirlər eynidir. AzNews.az həmişə bizim yanımızda olub, aktyorun dar günündə yanında, arxasında olub, yıxılan sənət adamına dayaq olub. Aktyorların dərdlərini, problemlərini işıqlandırmısınız, yanında olmusunuz. Sənətdən, yaradıcılıqdan böyüyən problemlərdə həmişə obyektiv mövqe tutmusunuz. Hesab edirəm ki, AzNews.az-da çalışan insanlar əxlaqlı, əqidəli və dürüst qələm sahibidirlər. Əxlaqlı qələm qurucu, barışdırıcıdır. Amma əxlaqsız qələm dağıdan və parçalayandır. AzNews.az-ın kollektivini ən yaxın adamlarım, doğmalarım kimi təbrik edirəm, onların hər birini bağrıma basıram və millətimizin, dövlətimizin daha da güclü olması uğrunda görəcəkləri işlərdə uğurlar arzulayıram. AzNews.az Azərbaycan cəmiyyətinin halına, əhvalına yaxşı mənada düz ayna tutan bir qurumdur. Mən arzu edirəm ki, bir olaq, dərdləşək, birləşək, bir-birimizin yanında olaq".

Rejissor Rövşən Almuradlı:



"AzNews.az çox maraqlı saytdır. Azərbaycan media məkanında özünəməxsus yeri var. Qısa zaman kəsiyində özünə böyük oxucu auditoriyası yığa bilib. Mənim ən çox oxuduğum saytlardan biridir. Saytda cəmiyyətin bütün sahələri, o cümlədən gündəlik baş verən hadisələr vaxtında əks etdirilir. İncəsənət adamı olduğuma görə, məni xüsusilə mədəniyyət sahələri daha çox maraqlandır. Teatr, kino, musiqi haqqında olan məqalələr, münasibətlər hər biri cəmiyyətdə maraq doğur. Çox şadam ki, saytın 4 yaşını qeyd eləmək mənə də nəsib olub. Amma saytla bağlı arzularım da var. Teatr incəsənətin laboratoriyasıdır. İstərdim ki, incəsənətin xüsusi laboratoriyası olduğumuz üçün bizə xüsusu diqqət yetirəsiniz. Teatr haqqında daha peşəkarlara yer verəsiniz, sadəcə dedi-qodulara yox. Düzdür, bəlkə bunlar da saytın oxunması üçün vacibdir. Amma daha çox peşəkar fikirlərə yer vermək lazımdır".

Əməkdar artist Füzuli Hüseynov:



"4 yaşın az olmasına baxmayaraq, çox işlər görmüsünüz. Teatr və mədəniyyət haqqında həqiqətə yaxın olmağınızı arzulayıram. 4 ildə buna yaxın olmğa çalışdınız. Mütləq həqiqətin olmağına bir az şübhə ilə baxıram. Mən sizdən çox razıyam. Mübarzə dövrümüzdə bizimlə yaxın oldunuz, bizi hiss edə, duya bildiniz. Jurnalistlər və bir sayt üçün bundan önəmli heç nə ola bilməz. Düşmən haqqında yazanda da onu dərk eləmək, sonra yazmaq lazımdır. Sizdə də bu var. 4 yaş nədir ki... Hesab edirəm 5 yaşdan sonra nəyi düz, nəyi səhv yazmağınızı deyə biləcəm. Hələ korpəsiniz. Korpəlikdə addımlarınızı yerə bərk basmanızı arzu edirəm".

Xalq artisti Ağaxan Salmanlı:



"Öncə sizi təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram. Yazılarınızda həmişə səmimi, ədalətli olmusunuz. Arzu edirəm bundan sonra da ümdəsi qərəzdən uzaq olasız... İndi insanların səhvini deyəndə əsəb keçirirlər. Ona görə də o səhvləri xeyirxah məqsədlə deyəndə tərəf müqabili onu qəbul edir. Sizin yazılarda həmişə obyektivliyə, ədalətə, haqqa söykənən fikirlər görmüşəm...Necə deyirlər "sükanı belə saxlayın".

Xalq artisti, tanınmış muğam ifaçısı Alim Qasımov:



"AzNews.az mənim bütün səfərlərimin, konsertlərimin bir sözlə, yaradıcılığımın sanki təbliğat qurumu olub. Buna görə sizə minnətdaram. 4 yaşınız olur. Amma o gün olsun ki, bu yaş 14-ə çatsın. Ən başlıcası odur ki, AzNews.az xalq musiqisi üçün əziyyət çəkib. Bunu dəyərləndirməmək günah olar. Və bunların hər biri sizin imzanız altında olub. Düşünürəm sənətin, mədəniyyətin hər bir sahəsində sizin də bizimlə birgə əməyiniz olub. Bu, danılmazdır. Qələbə xəbərini də sizin saytdan oxumağı arzu edirəm".

Xalq artisti Flora Kərimova:



"AzNews.az-ın bütün kollektivini təbrik edirəm. Onların bu gün öndə olmağının bir səbəbvar. O da qərəzsiz olmaları. Bu gün cəmiyyətdə belə mövqedən çıxış etmək çətindir. Amma siz bunu bacardınız. Arzu edirəm ki, uzun ömürlü olasınız, əsas məsələ cibiniz dolu olsun. Çənəniz bərk olsun ki, düşmənlərin öhdəsindən gələ biləsiniz".

Bəstəkar-müğənni, Əməkdar artist Elza Seyidcahan:



"AzNews.az bu 4 ildə mənə ən çox yer verən qurum olub. Təbrik edirəm. Əsas məsələ bundan sonra da ağı-ağ, qaranı da qara yazasınız. Həmişə odun üstünə su tökmüsünüz. Bu da sizin oxucu kütləsi yığmanızda mühüm rol oynayıb. Əsas odur ki, xalqımızı və insanları mehribançılığa sövq edirsiniz. Arzu edirəm ki, qələminizdən çıxan sözlərdən insanlar sevinsinlər. 10 yaşınızı qeyd edək və mən də ürək sözümü deyim. Yaxşı mənada redaksiyada qocalasınız. Bu 4 ildə sizdən heç vaxt incimədim".

Bahar RÜSTƏMLİ
AzNews.az