Çexiya çempionu “Qarabağ“dan üzr istədi

1 Avqust 2016 23:22 (UTC+04:00)

Oyunöncəsi mətbuat konfransında Plzen klubunun mətbuat xidmətinin rəhbəri Vaclav Hanzlik oyundan öncə klubun saytında "Qarabağ"ın ermənilərin yaratdığı qondarma respublikanın təmsilçisi kimi göstərməsinə münasibət bildirib.

O, bunun yalnışlıqla baş verdiyini bildirərək, üzr istəyib: "Biz "Qarabağ"la oynayacağımızı öyrəndikdən sonra "vikipediya"da bu komanda və Qarabağ barədə məlumatlar əldə etdik. Ancaq bu zaman belə bir səhv etdik. Səhvi anlayan kimi dərhal dəyişiklik etdik və buna görə üzr istədik. Bu hala görə bir daha üzr istəyirik".


Apasport.az