Yerevanda üsyançılara dəstək mitinqi keçirilir

1 Avqust 2016 23:49 (UTC+04:00)

Mitinqi kinorejissor Tiqran Xemalyan aparır.

O, Ermənistan hakimiyyətini, eləcə də Rusiyanı müstəmləkə siyasəti yürütməkdə və silahlı qruplaşmanı "Rusiyanın hərbi əsirləri" adlandırıb.

Xemalyanın çıxışı bəzi nümayişçiləri hirsləndirib. Bir qadın qışqırmağa başlayıb. Kinorejissor ona bu sözlərlə reaksiya verib: "Ümid edirəm ki, sizə bu çıxışınıza görə yaxşı pul ödəyəcəklər", "KQB agenti".

Xemalyan çıxışını davam etdirərkən bir neçə nəfər "Get" deyə qışqırıb. O isə cavabında həmin şəxsləri qul adlandırıb.


Modern.az