Rüstəm İbrahimbəyov onları mükafatlandırdı

2 Avqust 2016 09:42 (UTC+04:00)

Bu barədə AzNews.az-a ittifaqın katibi Əli İSa Cabbarov məlumat verib. O, bildirib ki, 2016-cı il üçün Kinematoqrafçılar İttifaqının illik mükafatı kino prodüseri Adil Qulamov, onlarla filmin mətnini ifa etmiş, məşhur diktor Rafiq Hüseynli və neçə-neçə klassik filmlərin səs rejissoru olan Kamal Seyidova təqdim edilib.

Qeyd edək ki, kino sahəsində nailiyyətlərə görə təqdim edilən mükafat bundan öncə Fuad Poladov, Fəxrəddin Manafov, Ziya Şıxlinski, Əsəd Əsədov, Firəngiz Qurbanova kimi görkəmli kinematoqrafçılara verilib.

Bahar RÜSTƏMLİ
AzNews.az