Komandamız erməniləri məğlub etdi

2 Avqust 2016 10:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Gürcüstanın Batumi şəhərində çimərlik voleybolu üzrə ənənəvi "The Queens of Black Sea" beynəlxalq turniri keçirilib. Yarışda Azərbaycandan 1, Ermənistandan 4 və Gürcüstandan 3 cütlük qüvvəsini sınayıb.

Anita Bredis və Kəmalə Əsgərovadan ibarət millimiz 3-cü pillənin sahibi olub. Komandamız qrup mərhələsində ermənilərə qalib gəlsə də, yarımfinalda gürcülərin müqavimətini qıra bilməyərək məğlub olub. Lakin voleybolçularımız bürünc medal uğrunda matçda ev sahiblərinin digər cütlüyünə qalib gəlib.

Aygün