“Sədərək” ticarət mərkəzində meyit aşkarlandı

2 Avqust 2016 10:42 (UTC+04:00)

"Sədərək" ticarət mərkəzində yerləşən çörək sexində orada çalışan Neftçala rayon sakini 1957-ci il təvəllüdlü Xanəhməd Abdullayevin meyiti aşkar olunub.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Report.az