“Araz” zavodunda baş vermiş hadisənin araşdırılması ilə bağlı - Rəsmi məlumat

2 Avqust 2016 12:25 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilir ki, hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi davam etdirilir.

Nazirliyin məlumatında qeyd edilir ki, bütün bunlara baxmayaraq, həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayılır. Bu da heç bir jurnalist etikasına sığmır.

Bir daha qeyd edirik ki, məsələ ilə bağlı məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda, nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək.