“Tax free” sistemi necə işləyəcək? – Nazirlikdən açıqlama

2 Avqust 2016 15:53 (UTC+04:00)

Azərbaycan Prezidentinin 12 iyul 2016-cı il tarixli fərmanı ilə "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası" təsdiq edilmişdir. Bu sənəd ölkəyə əcnəbi turistlərin marağının artırılması, turizm sektorunda son illər ərzində görülən işlərin davamlılığının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üçün beynəlxalq təcrübədə geniş istifadə olunan "tax free" sisteminin respublikamızda tətbiqinin təmin edilməsi məqsədi daşıyır.

"Tax free" hansı mallara aid olacaq?

Qaydayaəsasən, ƏDV-ninqaytarılması aksizlimallara, ərzaq mallarına, dərman preparatları və tibbi ləvazimatlara, ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət daşıyan mallara, ölkə daxilində satışı ƏDV-dən azad edilən mallara, ixracı üçün lisenziya tələb olunan mallara, çərçivəyə salınmamış, emal edilməmiş və ya çeşidlənməmiş qiymətli daşlara, külçə şəklində qiymətli metallara, müşayiət olunmayan baqajla Azərbaycan Respublikasının ərazisindən aparılan mallara, nəqliyyat vasitələri və onların ehtiyat hissələrinə, poçt və ya internet xidməti vasitəsilə ixrac edilən mallara şamil olunmayacaq.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Vergi qanunvericiliyinin təkmilləşdirilməsi şöbəsinin rəisi Fərid Nəbilinin sözlərinə görə, sənəd əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin həmin mallar gömrük qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisindən hava nəqliyyatı vasitəsilə aparılarkən geri qaytarılması qaydasını tənzimləyir.

"Tax free"dən kimlər istifadə edə bilməz?

"Qaydaya əsasən, "taxfree" sisteminin imkanlarından ölkə vətəndaşları, Azərbaycan Respublikası ərazisində müvəqqətivə ya daimi yaşamaq üçün icazə verilmiş, haqqı ödənilən əmək fəaliyyətiilə məşğul olmaq üçün iş icazəsi verilmiş əcnəbilərvə vətəndaşlığı olmayan şəxslər, bilavasitə xidməti vəzifələrini icra edən hava nəqliyyatının heyət üzvü olan şəxslərvə 14 yaşınadək şəxslər yararlana bilməz.

Turistlərə nə qədər pul qaytarılacaq?

"Tax free" bir elektron vergi hesab-fakturası üzrə malların dəyəri ƏDV ilə birlikdə 300 manatdan çox olduğu hallarda tətbiq edilə bilər. ƏDV-nin alıcıya qaytarılması isə nağd ödəniş və ya bank kartına köçürmə yolu ilə həyata keçiriləcək. Alıcıya ödəniləcək ƏDV məbləğindən operatorun göstərdiyi xidmətlərə görə 20 faiz həcmində xidmət haqqı və bank komisyonu tutulacaq".

Vahid məlumat bazası operatorunun səlahiyyətlərini Vergilər Nazirliyinin həyata keçirəcəyini deyən şöbə rəisi vurğulayıb ki, nazirlik Qayda ilə müəyyən edilmiş hallarda malların satışının rəsmiləşdirilməsi və əlavə dəyər vergisinin qaytarılması işlərini təşkil edəcək, proqram təminatının və vahid məlumat bazasının yaradılmasını və idarə olunmasını, proqram təminatının daim işlək vəziyyətdə saxlanılmasını və fasiləsiz fəaliyyətini təmin edəcək, stikerin formasını və tətbiqi qaydasını müəyyənləşdirəcəkdir.
Onun sözlərinə görə, ƏDV-nin qaytarılması şərti ilə malların satışı vergi orqanı tərəfindən satıcı qismində qeydiyyata alınmış ƏDV ödəyicisi olan şəxslər tərəfindən həyata keçiriləcəkdir.

Satıcının da öhdəlikləri olacaq

Buqaydanıntətbiqisatıcı tərəfində üzərinə müəyyən öhdəliklərqoyur. Başqa sözlə desək, qaydanın tətbiqi üçün satıcı ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli, pərakəndə ticarət fəaliyyəti ilə məşğul olmalıdır. Pərakəndə ticarət fəaliyyəti üçün vergi orqanında qeydiyyatda olan təsərrüfat subyekti vergi qanunvericiliyinə uyğun qaydada quraşdırılmış nəzarət-kassa aparatına və işlək vəziyyətdə olan POS-terminala malik olmalı, Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi olmamalıdır.

Mağazalar "TAX Free" xidmətinə necə qoşulacaq?

ƏDV-nin qaytarılması şərti ilə satış həyata keçirmək istəyən vergi ödəyicisi satıcı kimi qeydiyyata alınmaq üçün Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş formada ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət etməlidir. Vergi orqanı müraciət edən vergi ödəyicisinin məlumatlarını yoxladıqda və ərizədə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, ərizənin daxil olduğu tarixdən 3 iş günündən gec olmayaraq vergi orqanı onların aradan qaldırılması üçün vergi ödəyicisinə bildiriş təqdim edəcək. Vergi ödəyicisi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar ərizə ilə vergi orqanına müraciət edə bilər: "Qaydanın tələblərinə cavab verən vergi ödəyicisi vergi orqanı tərəfindən 5 iş günündən gec olmayaraq satıcı qismində qeydiyyata alınacaq və ona bu barədə təsdiqedici sənəd təqdim ediləcəkdir".
"Mən bu malı "Tax free" ilə alacam"

F.Nəbilinin sözlərinə görə, "Tax free" sistemindən istifadə etmək üçün alıcı aldığı malların dəyərini ödəmək məqsədilə ödəniş nöqtəsinə yaxınlaşdıqda satıcı ondan ƏDV-nin qaytarılması hüququndan istifadə etmək barədə istəyinin olub-olmadığını dəqiqləşdirməlidir: "Alıcı tərəfindən pasport təqdim edildikdən sonra satıcı e-VHF-ni Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında elektron vergi hesab-faktura sistemi vasitəsilə tərtib edərək, həmin məlumatları real vaxt rejimində vahid məlumat bazasına ötürəcək. E-VHF, ştrix-kod əks olunmaqla, iki nüsxədə çap olunacaq və hər iki nüsxə alıcıya təqdim ediləcək. E-VHF satıcının imzası və mərkəzində bu əməliyyatların ƏDV-nin qaytarılması şərti ilə həyata keçirildiyinə dair təsdiqedici qeyd olan möhürlə təsdiqlənməklə təqdim edilməlidir".

Pul sərhəddə qaytarılacaq?

Alıcı aldığı malları Azərbaycandan apardıqda həmin mallar üzrə ödənilmiş ƏDV-nin qaytarılması məqsədilə gömrük sərhəd-buraxılış məntəqəsində aldığı mallara dair e-VHF-ni pasportla birlikdə gömrük orqanı əməkdaşına təqdim etməlidir. E-VHF-nin məlumatları gömrük orqanı tərəfindən vahid məlumat bazasında eyniləşdirildikdən sonra avtomatik risk qiymətləndirməsi aparılmalıdır: "Risk qiymətləndirməsinin nəticələri əsasında alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməli olub-olmadığı proqram təminatı vasitəsilə açıqlanacaqdır. Alıcının və ona məxsus malların gömrük nəzarətindən keçməsi tələb edildiyi halda, alıcı həmin malları gömrük baxışının keçirilməsi məqsədilə gömrük orqanı əməkdaşlarına təqdim etməlidir". Gömrük orqanı əməkdaşları təqdim olunmuş mallarla vahid məlumat bazasına daxil edilmiş məlumatların uyğunluğunu yoxladıqdan sonra qaytarılacaq ƏDV məbləği barədə alıcının təqdim etdiyi e-VHF-də təsdiq qeydi aparacaq, möhürlə təsdiqləyərək alıcıya təqdim edəcək və vahid məlumat bazasında e-VHF-ni təsdiqləməklə məlumatı real vaxt rejimində müvəkkil banka ötürəcəkdir.
Risk qiymətləndirməsinin nəticələri əsasında alıcıdan malları gömrük baxışı üçün təqdim etmək tələb olunmadıqda, qaytarılacaq ƏDV-nin yekun məbləğini əks etdirən e-VHF gömrük orqanı tərəfindən möhürlə təsdiqlənərək məlumatlar real vaxt rejimində müvəkkil banka ötürüləcək. E-VHF-nin bir nüsxəsi gömrük orqanında saxlanılacaq, digər nüsxəsi isə alıcıya qaytarılacaqdır".

Alıcı dövlət sərhədinin buraxılış məntəqəsindən keçdikdən sonra müvəkkil bank gömrük orqanı tərəfindən möhürlə təsdiq olunmuş e-VHF-yə əsasən qaytarılmalı olan ƏDV məbləğini alıcının istəyinə uyğun olaraq milli valyutada nağd ödəniş kimi və ya 10 iş günündən gec olmayaraq, xarici və ya milli valyutada bank kartına və ya hesabına köçürmə qaydasında qaytaracaqdır.

Fins.az