Qaçqınlara yardım üçün - Yaxtasını hədiyyə etdi

2 Avqust 2016 17:43 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Qətərin "Əl Sədd" klubunda çıxış edən Xavyer Hernandes qaçqınlara kömək edən xeyriyyə cəmiyyətinə uzunluğu 9 metr, eni 2,6 metr olan "Pelopina" adlı yaxtasını hədiyyə edib.

Xeyriyyə cəmiyyətindən bildirilib ki, yaxtanı satışa çıxaracaqlar və əldə olunacaq gəlir insanlara kömək layihələrində xərclənəcək.

Qeyd edək ki, 17 mövsüm İspaniyanın "Barselona" klubunda oynayan Xavi ötən ilin mayında Qətərə yollanıb.

Aygün