Sudan Gülən məktəblərini bağlamaq haqda qərar qəbul etdi

2 Avqust 2016 20:57 (UTC+04:00)

Bunu Türkiyənin Xartumdakı səfir Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.

"Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib", - deyə səfir vurğulayıb.

C.Ayhan deyib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir: "Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi".


Report.az