Məşəli Pele yandıracaq - Sponsorları mane olmasa...

3 Avqust 2016 10:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, bu təklif açılış mərasiminin keçiriləcəyi "Marakan" stadionunun Pelenin karyerasında özəl yer tutmasıyla bağlıdır. Belə ki, əfsanəvi futbolçu məhz bu stadionda 1969-cu ildə 1000-ci qolunu vurub.

Pelenin sözlərinə görə, məşəli yandırmağı ondan şəxsən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bah və "Rio-2016"-nın prezidenti Karlos Artur Nuzman xahiş edib. Lakin sponsorluq müqaviləsi üzrə öhdəlikləri ona bu istəyini reallaşdırmaqda mane ola bilər.

"Mənim əməl etməli olduğum müqaviləm var. Lakin bir braziliyalı kimi, mən əlbəttə ki, məşəli yandırmaq istərdim",- deyə 75 yaşlı Pele qeyd edib.

O, sözügedən təklifə cümə axşamı cavab verəcəyini bildirib.

Qeyd edək ki, 2016 Yay Olimpiya Oyunları avqustun 5-dən 21-nə kimi davam edəcək.

Aydan AXUNDOVA