3 yaşlı uşaq faciəvi şəkildə öldü - Kürdəmirdə

3 Avqust 2016 11:10 (UTC+04:00)

Şəhərin Babək prospektində "VAZ 2109" markalı, 33 BC 861 dövlət qeydiyyat nişanlı avtomobil nənə ilə azyaşlı nəvəsini vurub. Nəticədə yaşlı qadınla körpə oğlan ağır xəsarətlər alıb. 3 yaşlı Sadıqov Əli Ramin oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az