Qadınların olduğu avtomobil qəzaya uğradı - Ölən və yaralanan var

3 Avqust 2016 11:53 (UTC+04:00)

Yasamal rayonu ərazisində, Tbilisi prospektində "Mercedes" markalı 90 DR 880 dövlət qeydiyyat nişanlı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan qadınlardan biri ölüb, digəri isə yaralanıb.

Bildirilir ki, ölən qadının 28, xəsarət alanın isə 31 yaşı var.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az