Nazir: “Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır”

3 Avqust 2016 12:04 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, 2 avqust tarixində Elmar Məmmədyarov və Mövlüd Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlüd Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.