Qalmaqallı idmançı gizir yenidən gündəmdə - Rioya buraxılmadı

3 Avqust 2016 12:30 (UTC+04:00)

AzNews.az-ın əldə etdiyi məlumata görə, millimizdən də gedən K.Yovu Rumıniya yığmasında çıxış edir. O, Rumıniya millisinin tərkibində Rioya qatılmağa hazırlaşsa da, növbəti dopinq problemi ona əngəl yaradıb.

Qeyd edək ki, idmançı xanım iki dəfə dopinq testdən keçə bilmədiyinə və Azərbaycan Ağır Atletika Federasiyasında üzləşdiyi maliyyə probleminə görə ölkəmizdən getmək qərarı almışdı.

Xatırladaq ki, bir vaxtlar onun qadınlardan ibarət Azərbaycan ağır atletika yığmasına gətirilməsi vətəni Moldovada böyük rezonans doğurmuşdu. Moldova Olimpiya Komitəsi tərəfindən bildirilmişdi ki, gizir rütbəli sərhəd polisi olan Yovu ölkəsinə qayıtmasa İnterpolla axtarışa veriləcək.

Aygün İLQARQIZI