Google idmançımıza qarşı səhvini düzəltdi - “Üzr istəsinlər” + Fotofakt

3 Avqust 2016 17:52 (UTC+04:00)
Bu barədə AzNews.az-a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

"Dünən Google-un Azərbaycana qarşı növbəti təxribatı barədə məlumat vermişdim. Gecə ilə bu təxribatın düzəldilməsinə nail olduq. Google-dan rəsmi üzrxahlığa nail olunmasını əvvəl xahiş, sonra isə tələb edirik", - deyə federasiyadan bildirilib.

Qeyd edək ki, Google-da Rio-2016-da iştirak edən Rövşən Bayramovun adının altına erməni idmançının şəkli yerləşdirilmişdi.

Aygün