“Yatdığı yerdə qışqırmağa başlayıb” - Həşəratın öldürdüyü qızın nənəsi (Video)

3 Avqust 2016 18:04 (UTC+04:00)

Şamaxı rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən Ruqiyyə Adıgözəlövanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə Taksikalogiya Mərkəzinə göndərilib. Buna baxmayaraq, xəstə 10 saatdan sonra dünyasını dəyişib.

Mərhumun nənəsi Dünyaxanım Məmmədova, nəvəsinin anidən qışqırdığını deyib: "Yatıb, yatandan 10 dəqiqə sonra qışqırıb ki, ay dişlədi, dişlədi. Əli ilə qurdu da öldürüb".

Faktla bağlı araşdırma aparılır. (Region TV)