Kürdəmirdə qəza - 3 yaşlı uşaq öldü (Video)

3 Avqust 2016 19:19 (UTC+04:00)

Hadisə şəhərin Babək prospektində qeydə alınıb. Kürdəmir rayon sakini Elşən Telman oğlu Əsgərov idarə etdiyi "VAZ-2109" markalı minik maşını ilə yolu keçən piyadalar - Kürdəmir rayon sakinləri-1966-cı il təvəllüdlü Aidə Ağasəlim qızı Sadıqova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Əli Ramil oğlu Sadıqovu vurub. Nəticədə Əli Sadıqov aldığı xəsarətdən hadisə yerində ölüb, Aidə Sadıqova isə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Region TV