16 otaqlı evdə yanğın - Astarada

3 Avqust 2016 20:13 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,

Astara şəhərində vətəndaşa məxsus ümumi sahəsi 480 m2 olan ikimərtəbəli 16 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 120 m2 sahədə və 1 otağının tavanı 15 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.