“Rəqibi yaxşı təhlil etmişik” - Qriqorçuk

3 Avqust 2016 21:23 (UTC+04:00)

Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "qırmızı-qaralar" sabah Fransa təmsilçisini qəbul edəcəklər. Səfərdəki matçda 1:1 hesablı heç-heçə etmiş "Qəbələ"yə pley-offa adlaması üçün qolsuz bərabərlik də bəs edir. Cavab görüşündən öncə mətbuat konfransı keçirən Qriqorçuk maraqlı fikirlər səsləndirib.

Ukraynalı çalışdırıcı sabahkı matçın daha çətin olacağını bildirib: "Rəqibin çətin olduğunu bilirik. Amma öz oyun stilimizdən dönməyəcəyik. Sona qədər döyüşəcəyik. Bizim üstünlük verdiyimiz oyun mövqe oyunudu. Yenə buna sadiq qalacağıq. Təbii ki, əks-hücuma keçməyi də bacarmalıyıq. Rəqibin müdafiəsindəki boşluqları özümüzdə qeyd etmişik və sabah hücuma keçəndə bu da nəzərə alınacaq. Rəqibi yaxşı təhlil etmişik. Müdafiəyə gəldikdə ümumi şəkildə müdafiə olunuruq".


Apasport.az