Bu ərazilərdə su kəsiləcək

4 Avqust 2016 09:55 (UTC+04:00)

"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, Bakı şəhəri İzmir küçəsində yeni çəkilən magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.