100 minlik maşın ağaca çırpıldı

4 Avqust 2016 10:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdaş şəhərində "HUMMER" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarında ağaca çırpılması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğrayan avtomobildə sıxılan vəziyyətdə qalan vətəndaşı çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 5:57-də başa çatıb.