25 yaşlı oğlan bıçaqlandı - Zaqatalada

4 Avqust 2016 10:15 (UTC+04:00)

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (RMX) verilən məlumata görə, avqustun 3-də saat 23.00 radələrində şəhər sakini, 1991-ci il təvəllüdlü Şamil Musa oğlu Zənqiyev bıçaq yarası xəsarəti ilə xəstəxanaya daxil olub. Onun üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Rayon Polis Şöbəsindən bildirilib ki, hadisə şəhərin Azərbaycan prospektində baş verib. Zərərçəkən Şamil Zənqiyev və bir neçə şəxslə mübahisə edərkən, bıçaq xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

APA.az