Bakıda ağır qəza - Ölən var

4 Avqust 2016 10:20 (UTC+04:00)

Bu gecə saat 0:15 radələrində Səbail rayonu, Mikayıl Useynov küçəsində, Dövlət Bayrağı Meydanının qarşısında 1994-cü ildə anadan olmuş, Qaradağ rayon sakini Cəbrayılzadə Tural Əli oğlu idarə etdiyi "VAZ 21074" markalı 90 GD 397 dövlət nömrə nişanlı avtomobilə yoldan keçən piyada 1963-cü ildə anadan olmuş, İsmayıllı rayon sakini Şirinova Kamisa Rizvanovnanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

Lent.az