Muxtar Manıyevdən xəbər var

4 Avqust 2016 13:25 (UTC+04:00)

Aktyorun həyat yoldaşı Nəsibə Maniyevanın AzNews.az-a verdiyi məlumata görə, M.Maniyevin müalicəsi ev şəraitində davam etdirilir: "Muxtar Maniyev hazırda bağdadır. 10 gündən bir həkimlər gəlib yoxlayırlar. İş yoldaşları, aktyorlar gəlib-gedirlər. Milli Kino Günündə təbrik-təbrikə qarışmışdı. Bütün sənət yoldaşları onu yada saldı".

Xatırladaq ki, M.Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, 2016-cı ilin mart ayının 15-də isənsağ ayağı diz nahiyyəsindən amputasiya olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az