Bakıda dələduzluq - Bir mənzili iki nəfərə satdılar

4 Avqust 2016 14:48 (UTC+04:00)

Rayonun Təbriz küçəsi 63 ünvanında yerləşən "Dağlar" MTK-nın ofisində özünü MTK-nın sahibi kimi təqdim edən Çingiz adlı şəxs Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Elnarə Abdullayevadan 70 min manat alaraq ona mənzil satıb. Sonradan məlum olub ki, həmin mənzil başqa adama satılıb.

Faktla bağlı polis əməkdaşları araşdırma aparır.

Report.az