“Mitinqdə Azərbaycan bayrağı da dalğalanacaq” - Ərdoğandan jest

4 Avqust 2016 15:10 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, prezident mitinqdə heç bir partiyanın bayrağının olmasını istəmədiyini dilə gətirib: "Yurdumuzun üzərində tüstüləyən ən son ocaq sönmədən heç kimin bu milləti əsir etməyə gücü çatmaz. Millətimlə fəxr edirəm Yenikapıda bazar günü mitinq keçiriləcək. Partiya fərqi yoxdur. Milli birliyimizin ifadəsi olaraq mesajlarımızı birlikdə vermək istədim. Demokratiya və şəhidlər mitinqi olduğu üçün Türkiyə bayrağından başqa bayraq gəlməsini istəmədim. Türkiyə bayrağı xaricində heç bir partiyanın, heç bir müəssisənin bayrağının dalğalanmağını istəmirik. Şimali Kipr Türk Respublikasının bayrağı, Azərbaycanın bayrağı dalğalana bilər. Dövlət Baxçalının xəbərini aldıq, var olsun. Mən Kılıçdaroğlunun da orada olmasını istəyirəm".

Aydan AXUNDOVA