Ərinin baltaladığı qadın Bakıya gətirilir

4 Avqust 2016 16:28 (UTC+04:00)

Bu barədə AzNews.az-a Tərtər rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib. Həkimlərin bildirdiyinə görə, Məhsəti Səmədova başından travma alıb: "Bakıda əməliyyat olunmalıdır. Xəstənin vəziyyəti ağır deyil, amma maqnit-rezonans olunmalıdır. Xəstənin başında çoxsaylı sümük qırıqları var. Onların hamısı çıxarılmalıdır".

Xatırladaq ki, avqustun 3-də Tərtər rayonunda dəhşətli hadisə baş verib. Rayon sakini, 29 yaşlı Tofiq Məmmədov yaşadığı evdə arvadı, 37 yaşlı Məshəti Səmədova və qayınanası Səfurə Quliyevaya balta ilə xəsarət yetirib.

Bahar RÜSTƏMLİ
AzNews.az