Azercell sosial şəbəkələrdə 100% göstərici ilə liderdir

4 Avqust 2016 17:11 (UTC+04:00)

Azərbaycanda mobil operatorlar arasında məhz Azercell Telekom sosial şəbəkələrdə olan potensialı üzə çıxarıb, ilk dəfə 2008-ci ildə Facebook-da və bir ildən sonra, 2009-cü ildə Twitter sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb. Səhifələrin yaradılmasından başlayaraq məhz Azercell sosial media meydanına yalnız məlumatlandırma vasitəsi kimi deyil, həm də müştərilərlə əlaqə və onlara dəstək vasitəsi kimi yanaşıb. Sosial şəbəkələrdə rəsmi səhifəsini yaratdığı zamandan etibarən Azercell ənənəvi xidmət kanalları ilə yanaşı, sosial media üzərindən də keyfiyyətli müştəri xidmətlərini təklif etməyə başladı. Belə ki, bir çox abunəçilər hansısa bir xidmət, məhsul haqqında məlumat almaq, hansısa xırda problemlə bağlı bilgi toplamaq üçün müştəri xidmətlərinə yox, ilk olaraq Facebook və ya Twitter səhifələrə üz tuturlar.

Azercell-in sosial şəbəkələrdə, xüsusilə, bu gün də ən populyar media olan Facebook-da aktivliyi diqqətdən kənarda qalmır. 2016-cı ilin aprel-iyun ayları ərzində Azercell-in rəsmi Facebook səhifəsinin lövhəsinə digər mobil operatorlara nisbətən abunəçilər tərəfindən daha çox sual ünvanlanıb və həmin sualların biri də cavabsız qalmayıb. Məhz bu 100% cavablama göstəricisinə görə şirkət bir daha "Socialbakers" beynəlxalq tədqiqat təşkilatından xüsusi "Socially Devoted" sertifikata layiq görülüb.

Qürurla qeyd edirik ki, Azercell yalnız Facebook-da deyil, mövcud olduğu bütün sosial şəbəkələrdə abunəçilərin suallarına böyük diqqətlə yanaşır: Twitter, Instagram, Disput.az, Youtube, Google+ şəbəkələrində öz müştərilərinə yüksək səviyyəli xidmət nümayiş etdirir.

Qeyd olunan aylar ərzində ölkəmizin mobil operatorları arasında yalnız Azercell Twitter-də 83%-lik cavablama göstəricisi ilə "Socially Devoted" sertifikatını əldə edib. Ümumiyyətlə, indiyədək Azercell sosial şəbəkədəki keyfiyyətli fəaliyyətinə görə bu qurum tərəfindən dəfələrlə sertifikat alıb.

Bir sözlə, Azercell-in hər bir müştərisi şirkətin sosial şəbəkələrdəki istənilən səhifəsinə müraciət etməklə operativ peşəkar yardım alacağına əmin ola bilər.