Qızın anası tərəfindən qətli ilə bağlı Prokurorluqdan - Rəsmi açıqlama

4 Avqust 2016 17:28 (UTC+04:00)

Sabunçu Rayon Prokurorluğundan bildiriblər ki, hadisə ana ilə qızının arasındakı münaqişə nəticəsində baş verib. Bir ilə yaxın ana ilə qızı küsülü olub. Masallı rayonundan olan ailədə ailədə ana Z.Cəfərova ilə qızı - 14 yaşlı E.Cəfərova arasında tez-tez mübahisə və davalar baş verib. E.Cəfərova anası ilə sonuncu dəfə qətlə yetirildiyi gün dalaşıb və onu təhqir edib. Təhqirlərə dözməyən ana qızını yaylıqla boğaraq öldürüb.

Qızın zorlanması barədə yayılan məlumatlara gəlincə isə, prokurorluqdan bu faktı təkzib ediblər: "Hadisənin qızın zorlanması səbəbindən baş verməsi ilə bağlı yayılan məlumatlar tam əsassızdır".

Trend.az