Avtomobil elektrik dirəyinə çırpıldı - Sürücü öldü

4 Avqust 2016 20:42 (UTC+04:00)

Hadisə bu gün axşam saatlarında rayonun Ləkit kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qax rayonunun Zərnə kənd sakini, 82 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.


Report.az