“Qəbələ“dən möhtəşəm qələbə - Video + Yenilənib

4 Avqust 2016 22:59 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, turnirdə mübarizəni davam etdirən "Qəbələ" də növbəti oyununa çıxacaq.

"Qəbələ" Bakıda Fransanın "Lill" komandasını qəbul edəcək.

Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan komandamız mərhələni keçmək üçün "qırmızı-qaralar"a qolsuz bərabərlik də fikayət edir.

Komandamız mərhələni keçsə, ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.

8-ci kilometr qəsəbə stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" bu mərhələyə qədər Gürcüstanın "Samtredia", Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdırıb.

III təsnifat mərhələsinin cavab oyunu

21:00. "Qəbələ" (Azərbaycan) - "Lill" (Fransa)

İlk oyun – 1:1

Baş hakim: Aleksey Yeskov (Rusiya)

Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)

Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu

20:55
***

34-cü dəqiqədə Filip Ozobiç hesabı açır. "Qəbələ" 1:0 irəlidədir.

21:42
***

Oyun "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatdı.