Sabiq polis rəisinin oğlu “Range Rover”ini aşırdı, öldü - Fotolar

4 Avqust 2016 23:17 (UTC+04:00)

Hadisə axşam saatlarında Kürdəmir-İmişli magistralında, Allahmədətli kəndi ərazisində qeydə alınıb. "Range Rover" markalı, 90 EP 003 dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonunun Bəcirəvan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb.

Avtoqəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.

APA.az