Xaçmaz sakini qətlə yetirildi

5 Avqust 2016 10:02 (UTC+04:00)

Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Gödəkli kəndində qeydə alınıb. Rayon sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti yol kənarında aşkarlanıb. Hadisənin kimin tərəfindən törədilməsi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

APA.az