Bu qəsəbələrdə qaz kəsiləcək - Siyahı

5 Avqust 2016 10:10 (UTC+04:00)

AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, avqustun 5-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Zirə-Şimal DRES" qaz kəmərinin 11-ci kilometrliyində, Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Şirvan" və Qazax magistral qaz kəmərləri sahəsinin "Bayramlı" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Şirvan rayonunun Hacıqəhramanlı və Şəki rayonunun Bayramlı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Sahil və Mərdəkan qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.