DİN-dən sabiq polis rəisinin oğlunun ölümü ilə bağlı - Məlumat

5 Avqust 2016 11:36 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumat görə, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi "Range Rover" markalı avtomobili aşırıb.

Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur.