Kürdəmirdə ağır qəza - 2 ölü, 3 yaralı (Yenilənib 2)

5 Avqust 2016 17:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu, Xırdapay kəndində "KİA" markalı minik avtomobilinin "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində "KİA" markalı avtomobilin sürücüsü 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb. "VAZ" markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Cəsədlər və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Əməliyyat saat 12:25-də başa çatıb.


***
14:30
Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlardan biri dünyasını dəyişib.

"KİA" markalı minik avtomobilində sürücü, Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Əli Əkbərov, onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Leyla Salahova, övladı 2016-cı il təvəllüdlü Yunis Əkbərov və L.Salahovanın atası 1938-ci il təvəllüdlü Yunis Salahov, "VAZ-2107" markalı minik maşınında isə sürücü Kürdəmir rayonu, Şilyan kənd sakini, 1964-cü il təvəllüdlü Səftər Məmmədov olub.

Onların hamısı ağır xəsarət alıb və Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Leyla Salahova dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb.

***
13:10

Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 12 radələrində, Bakı-Qazax magistralının 205-ci kilometrliyində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "KİA" markalı minik maşını toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır bədən xəsarətləri alıb. Hazırda Kürdəmir rayon təcili yardım briqadaları yaralıları xəstəxanaya aparırlar. Hələlik yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Report.az