Çempionlar Liqasının da püşkü atıldı - Rəqiblərin siyahısı

5 Avqust 2016 15:45 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, qrup mərhələsində iştirak şansı verən 10 vəsiqəyə 20 iddiaçı var.

Bu 20 komanda 2 qrupa bölünüb - öz ölkəsinin çempionu olanlar və olmayanlar. Hər qrupda isə komandalar reytinqinə görə səpələnmişlər və səpələnməmişlərə bölünüblər. Öz ölkəsinin çempionu olmayanların çıxış etdiyi qrupda 5 komanda - "Mançester Siti" (İngiltərə), "Portu" (Portuqaliya), "Vilyarreal" (İspaniya), "Borussiya" M (Almaniya) və "Roma" (İtaliya) mübarizəyə yeni qoşulacaq.

"Qarabağ"ı ÇL-dən kənarlaşdıran Çexiya "Viktoroya"sı Bolqarıstan çempionu "Ludoqorets"ə rəqib olub.

Ümumilikdə püşkün nəticəsinə əsasən, aşağıdakı cütlüklər qarşılaşacaq:
"Styaua" (Rumıniya) - "Mançester Siti" (İngiltərə)

"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)
"Ayaks" (Hollandiya) - "Rostov" (Rusiya)
"Yanq Boyz" (İsveçrə) - "Borussiya" M (Almaniya)
"Vilyarreal" (İspaniya) - "Monako" (Fransa)
"Ludoqorets" (Bolqarıstan) - "Viktoriya" (Çexiya)
"Seltik" (Şotlandiya) - "Hapoel" (İsrail)
"Kopenhagen" (Danimarka) - APOEL (Kipr)
"Dandolk" (İrlandiya) - "Legiya" (Polşa)
"Dinamo" Zaqreb (Xorvatiya) - "Zalsburq" (Avstriya)

İlk oyunlar avqustun 16-17-i, cavab görüşləri avqustun 23-24-ü keçiriləcək.