Türkiyədə 288 hərbçi axtarışdadır - Çevriliş cəhdinə görə

5 Avqust 2016 21:14 (UTC+04:00)

Bunu Türkiyənin milli müdafiə naziri Fikri Işık "Reuters"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrindəki struktur islahatları hərbi çevriliş cəhdinə zəmin yaradılması ehtimalını aradan qaldırmaq məqsədilə həyata keçirilir: "Hökumətin atacağı addımlar NATO strukturuna və ruhuna uyğun olacaq".

Nazir həmçinin "İncirlik"dəki ABŞ rəhbərliyi altındakı koalisiya qüvvələrinin Suriyadakı İŞİD hədəflərini 15 iyul gecəsi də vurduğunu söyləyib.


Report.az