Zaqatala Dövlət Qoruğunda yanğın

5 Avqust 2016 21:57 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın AzNews.az-a verdiyi məlumata görə, yanğın saat 20:00 radələrində qoruğun Balakən rayon ərazisindən keçən hissəsində, Qaraçay sahəsinin 01 saylı dolayında qeydə alınıb.

Dərhal əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli qurum və FHN-nin Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ərazidə 6 sot sahədə quru ot və kol-kos yanıb. Baş vermiş yanğın qısa müddət ərzində söndürülüb.