“Rio-2016“da ilk təmsilçimiz çıxış etdi

5 Avqust 2016 23:21 (UTC+04:00)

Olqa Senyuk kamandan oxatma üzrə qadınların fərdi mübarizəsinə qatılıb.

25 yaşlı idmançı təsnifat mərhələsində 623 xalla 37-ci yeri tutub. Onun 1/16 finaldakı rəqibi çinli Tsao Xuey olacaq. Xuey təsnifat mərhələsini 631 xalla 28-ci pillədə başa vurub.

İki oxatanın mübarizəsi avqustun 10-da saat 00:57-də start götürəcək.


Report.az